Milli Məclisin növbədənkənar sessiyasının çağırılması üçün imzalar toplanıb
QİA.AZ xəbər verir ki, müvafiq sayda imzalar toplandığı üçün Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının avqustun 3-də keçirilməsi planlaşdırılır. Bundan öncə isə avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclasının keçiriləcəyi barədə komissiya üzvləri məlumatlandırılıblar.