Millimizin baş məşqçisi Antaliyaya getdi

Millimizin baş məşqçisi Antaliyaya getdi

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Türkiyənin Antalya şəhərinə yollanıb.

“QİA.AZ” xəbər verir ki, səfərin məqsədi Antalyada təlim-məşq toplanışında olan klubların heyətindəki Azərbaycan milli komandasına potensial namizəd futbolçuları izləməkdir.

Qeyd edək ki, AFFA-nın Azərbaycan millisinə cəlb etmək istədiyi futbolçuların siyahısında Rusiyanın “Ximki” klubunda çıxış edən Kamran Əliyev və Ukraynanın “Minay” klubunda oynayan Anatoli Nuriyev də var.

Oxşar Xəbərlər