Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Moldova yığması ilə üz-üzə gələcək.
“QİA.AZ” xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Moldova oyunu CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, sözügedən qarşılaşmaya saat 19:00-da start veriləcək.