GündəmHərbi

MN: Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur

728x90

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.

“QİA.AZ”ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır”, – məlumatda vurğulanıb.

728x90

Əlaqəli xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button