DünyaSiyasət

Moldovada prezident seçkilərində səslərin 99%-i hesablanıb, Maya Sandu liderdir

728x90

Moldovanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərində səsvermənin gedişatında protokolların 99 faizinin yoxlanılmasına əsasən məlumatları dərc edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə “Sputnik Moldova” bildirib.

Qeyd edilir ki, seçicilərin 35,42%-i ölkənin keçmiş baş naziri Maya Sanduya səs verib, eyni zamanda ölkənin hazırkı prezidenti İqor Dodon 33,16% seçici səsini toplayıb.

MSK-da qeyd ediblər ki, hər iki namizəd dövlət başçısı seçkilərinin ikinci turuna keçir. Namizədlərdən heç biri elektoratın 50% dəstəyini qazanmadığından təkrar səsvermə keçiriləcək.

Qeyd edək ki, ötən gün Moldovada prezident seçkiləri keçirilib. Seçkidə iştirak 33,33%-i ötüb, buna görə seçkilər baş tutmuş sayılır.

728x90

Əlaqəli xəbər

Back to top button