Erməni Terroru

Monitorinq Qrupu Ermənistanın Azərbaycanın dinc yaşayış məntəqələrində törətdiyi cinayətləri açıqlayıb

728x90

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc yaşayış məntəqələrində törədilən müharibə cinayətlərini açıqlayıb.

“QİA.AZ”ın məlumatına görə, bununla bağlı bu gün keçirilən brifinqdə çıxış edən Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov hesabatı ictimaiyyətə təqdim edib.

Hesabatda qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq və bu günə kimi davam edən hərbi əməliyyatlar, Ermənistan tərəfinin cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrinin atəşə tutması indiki müharibənin ən qatı cinayətlərindən biridir. Ermənistan tərəfi 1949-cu il 4-cü Cenevrə Konvensiyasının 3-cü bəndinin prinsiplərini pozaraq Azərbaycanın cəbhə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə qadağan olunmuş raket zərbələri endirməklə insanlıq əleyhinə cinayətlər işlədib.

Bildirilib ki, Ermənistan tərəfinin aqressiyası nəticəsində dinc sakinlərə qarşı aşağıdakı cinayətlər törədilib:

1. Azərbaycanın döyüş zonasından kənarda yerləşən 13 şəhərə müxtəlif vaxtlarda “Smerç” və Qrad tipli raketlər atılıb;
2. Tərtər şəhəri və onun 36 yaşayış məntəqəsinə ciddi ziyan vurulub;
3. Azərbaycanın Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyini təmin edəcək enerji layihələri və neft-boru kəmərləri hədəfə alınıb;
4. Dinc şəhərlərə atılan raket zərbələri ilə məktəb binaları, xəstəxanalar və digər sosial obyektlər hədəf alınıb və onlara zərər yetirilib;
5. 91 mülki şəxs həlak olub, onlardan 18-i qadın, 14-ü uşaq olmaqla;
6. 400 nəfər yaralanıb, onlardan 69 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla;

728x90

Əlaqəli xəbər

Back to top button