Rusiyanın Moskva vilayətində güclü toz burulğanı qeydə alınıb.
QİA.AZ-ın məlumatına görə, təbiət hadisəsi Mıtişşi şəhərində müşahidə olunub.
Burulğan leysan yağış və küləkdən sonra başlayıb.
Şəhər rəhbərliyi açıq kafe və restoranları bağlamağı, sakinlərə yollarda diqqətli olmağı tövsiyə edib.