Hərbi

Müharibə dövründə Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, güc verdi – Zakir Həsənov

Qardaş ölkə ilə çox güclü əməkdaşlığımız mövcuddur. Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir.

QİA.AZ-ın məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Qarsda keçirilən “Qış təlimi-2021” təlimləri çərçivəsində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən faydalanmaq vacibdir:

“Müharibə dövründə Türkiyə siyasətini nümayiş etdirdi və bizim yanımızda oldu. Türkiyə bu duruşu ilə dünyaya bu mesajı verdi: Türkiyə Azərbaycanın yanındadır. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı azad etdik. Azərbaycan xalqı bunu çox qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəkdən dolayı təşəkkürümü bildirmək istəyirəm”.

Əlaqəli xəbər

Back to top button