Dünya

Myanmada polis aksiya iştirakçılarına atəş açıb

Myanmada hərbçilərin hakimiyyəti ələ keçirməsinə etiraz edənlərin aksiyasını dağıdan zaman polis odlu silahdan istifadə edib.

“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, Myanmanın Molamyayn şəhərində keçirilən aksiyada 14 etirazçı tutulub.

Polis əməkdaşları Molamyaynda universitetin ərazisində axtarış aparıb.

Məlumata görə, Myanma Vətəndaş itaətsizliyi hərəkatının ümummilli tətilinə tələbə və müəllimlər də qoşulub.

Qeyd edək ki, etiraz aksiyaları 7 gündür Myanmanın müxtəlif şəhərlərində keçirilir.

Xatırladaq ki, hakimiyyəti ələ keçirən Myanma hərbçiləri fevralın 1-dən fövqəladə vəziyyət rejimi elan edib.

Myanma Prezidenti Vin Min və Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji saxlanılıb.

Əlaqəli xəbər

Back to top button