Hərbi

“N” saylı hərbi hissənin yaradılmasının ildönümü qeyd edilib

Fevralın 11-də Azərbaycan Ordusunun “N” saylı hərbi hissənin təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Sonra hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edənlər uzun illər düşmən işğalı altında olan torpaqlarımızın azad olunmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlardan, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışıblar.
Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərmanlarla təltif olunub.

Əlaqəli xəbər

Back to top button