NATO modernləşmə başa çatdıqdan sonra Latviyadakı Lielvarde hərbi aerodromunu tam istifadəyə verib.

QİA.AZ xəbər verir ki, bu barədə alyansın hava komandanlığı məlumat yayıb.

Qeyd edək ki, Riqanın cənub-şərqində yerləşən Lielvarde aviabazası hələ 1970-ci ildə Sovet ordusu tərəfindən yaradılıb. Aviabaza Baltikyanı ölkələrdə ən böyüyü olub.

“Lielvarde aerodromu günün istənilən vaxtında və istənilən hava şəraitində müttəfiq ölkələrin təyyarələrini qəbul edə bilir”, – NATO-nun məlumatında deyilir.

Baltikyanı bölgədə patrul xidmətində olan NATO döyüşçüləri hava limanından alternativ eniş yeri kimi istifadə edə biləcəklər.

Aviabazada qırıcılardan başqa, hərbi-nəqliyyat təyyarələri və uzaq mənzilli pilotsuz uçuş aparatları da yerləşəcək.

Oxşar Xəbərlər