Gündəm

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib

Movavi

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib.

Müdafiə Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədi ilə keçirilən yarışda 16 komandadan 280 idmançı mübarizə aparıb.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə atlet və gimnastlar turnikdə dartınma və aşaraq dayağa qalxma, paralelqollarda dayaq vəziyyətində qolların bükülüb açılması, uzunluğa və hündürlüyə tullanma, 100 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı yarışlarında özlərini sınayıblar.

Ümumi nəticələrə əsasən komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci və 3-cü yerlərdə isə motoatıcılar qərarlaşıb.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button