GündəmASKDaxili Siyasət

Naxçıvanda Toxumçuluq Mərkəzi yaradılıb, direktor təyin edilib

Movavi

Naxçıvan Muxtar Respublikasında “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

QİA.AZ xəbər verir ki, bununla bağlı Ali Məclisin Sədri Vasif Talıbov Fərman imzalayıb.

Belə ki, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

“Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.

Ali Məclis sədrinin sərəncamı ilə Əbülfət Bayram oğlu Əhmədov “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button