Ekologiya

Nazirlik: Azərbaycanın avtomobil parkı köhnədir

Movavi

“Keçən il Azərbaycanda 167 elektrikli avtomobil idxal olunub. Bu rəqəm daha effektiv tədbirlərə ehtiyac olduğunu göstərir”.

“QİA.az” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə “Ekspert” saatı”nda deyib.

Şöbə müdiri bildirib ki, 2019-cu ildən elektrik mühərrikli avtomobillər idxal zamanı əlavə dəyər vergisindən azad olunub:

“Bu, müsbət haldır, amma satış zamanı əlavə dəyər vergisinin tətbiqi bu tədbirin effektivliyini azaldır. Digər tərəfdən gömrük rüsumları və aksiz vergiləri ilə bağlı müəyyən hallarda diferensasiya olur. Onların da həcminin artırılmasına ehtiyac var. Ekoloji cəhətdən təmiz avtomobillərin bizim ölkənin avtomobil parkındakı payı nöqteyi-nəzərindən belə tədbirləri artırmağa ehtiyac duyulur”.

Nazirlik rəsmisi əlavə edib ki, ötən il 2019-cu illə müayisədə Azərbaycanın avtomobil parkında 50 min minik avtomobili artıb:

“İldən-ilə yaşı 5 ilə qədər olan avtomobillərin sayı Azərbaycanın avtomobil parkında azala-azala gedir. 10 minlərlə avtomobil artır, amma onların bruaxılış ilinə görə ürəkaçan rəqəmlər yoxdur. Həmçinin ölkəyə minlərlə hibrid avtomobillər idxal olunub. Bu say bizi sevindirsə də, yaşına və köhnəliyinə görə sevindirə bilməz. Çünki gömrük rəsmiləşdirilməsi zamanı hər birinin təxminən 5 min dollar qiyməti var. Bu onu göstərir ki, onların 10 və daha yuxarı yaşı var. Bu da onu göstərir ki, Azərbaycanın avtomobil parkı köhnədir və onun yenilənməsi üçün işlər görülməlidir”.

Hire Freelancers

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button