Energetika

Neft qiymətinin artımı bir qədər səngiyib

Movavi

ABŞ-ın “WTI” markalı neftinin qiyməti 2014-cü ilin noyabr ayından bu yana ən yüksək hədd olan 76,98 dollara çatdıqdan sonra qiymət artımı bir qədər səngiyib.

QİA.AZ” xəbər verir ki, Bakı vaxtı ilə saat 14:13-ə olan vəziyyətə görə, “Brent” markalı neftin sentyabr fyüçersləri 0,19 faiz bahalaşaraq 77,31 ABŞ dollarından, “WTI” markasının avqust fyüçersləri isə 1,58 faiz bahalaşaraq 76,35 dollardan satılıb.

Xatırladaq ki, ötən həftə OPEC+ formatı çərçivəsində keçirilən görüşlərdə hasilatın ixtisarına dair razılaşmanın müddətini 2022-ci ilin aprelindən dekabrınadək uzatmaq qərarı Birləşmiş Ərəb Əmirliklərinin etirazı səbəbindən baş tutmayıb.

“Məncə, son nəticədə tərəflər razılığa gələr, avqust ayından sonra bazara əlavə neft çıxarılar” – deyə “Saxo Bank”ın eksperti Ole Hansen “Bloomberg”-ə bildirib. Onun fikrincə, məsələ ilə bağlı Çin, Hindistan, ABŞ kimi ən iri neft istehlakçısı ölkələrinin siyasi təzyiqlərinin də olacağı istisna edilmir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button