Hadisə

Neftçalada yol qəzası olub, xəsarət alan var

Movavi

Neftçala şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“QİA.az” xəbər verir ki, hadisə bu gün axşam saatlarında, şəhərin 6-cı məhəlləsində qeydə alınıb.

Belə ki, yol qəzası zamanı 1995-ci il təvəllüdlü Abbasov Ramil Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button