İdman

“Neftçi” klubu “Qarabağ”ı məğlub edərək liderliyə yüksəlib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun mərkəzi qarşılaşması keçirilib.

QİA.AZ xəbər verir ki, XV turun ikinci matçında “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 1:2.

Qeyd edək ki, “Neftçi”nin heyətində görüşün 22-ci dəqiqəsində Ömər Buludov, 74-cü dəqiqəsində isə Mamadu Kane meydandan qovulub. Ağdamlıların heyətində 72-ci dəqiqə Kevin Medina komandasını azlıqda qoyub.

Bu qələbə sayəsində “Neftçi” xalını 29-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Qarabağ” isə 27 xalla ikinci yerdə qərarlaşıb.

Əlaqəli xəbər

Back to top button