“Neftçi”nin kapitanı: “Əfsuslar olsun ki, sizi sevindirə bilmədik”

İyl29,2021

“Neftçi”nin futbolçusu Emin Mahmudov Bakıda Yunanıstan “Olimpiakos”una 0:1 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra sosial şəbəkədə paylaşım edib.

“QİA.AZ”ın məlumatına görə, komandanın kapitanı “ağ-qaralar”ın azarkeşlərininə müraciət ünvanlayıb.

“Dəstəyinizə göre təşəkkür edirem. Əfsuslar olsun ki, sizi sevindirə bilmədik”, – deyə yarımmüdafiəçi feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, “Neftçi” Afinadakı ilk matçda da rəqibinə 0:1 hesabı ilə uduzub. Ölkə çempionu Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə üz-üzə gələcək. Bakıdakı qarşılaşma avqustun 3-də olacaq, cavab görüşü isə avqustun 12-də keçiriləcək.

Oxşar Xəbərlər