Futbol

“Neftçi”nin rəqibi iki legioneri ilə vidalaşıb

Movavi

“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın “Dinamo” (Tbilisi) komandası iki futbolçusu ilə yollarını ayırıb.

QİA.AZ klubun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisi təmsilçisi ispaniyalı müdafiəçi Viktor Monçil və slovakiyalı yarımmüdafiəçi Filip Orşula ilə vidalaşıb.

Hər iki legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Dinamo” və “Neftçi” arasında ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab görüşü isə 1 həftə sonra saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button