Futbol

“Neftçi”nin Sloveniyada ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib

Movavi

“Neftçi” futbol komandasının Sloveniyadakı təlim-məşq toplanışındə keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.

“QİA.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” iyunun 25-də Macarıstan “Fehervar”ı ilə qarşılaşacaq. “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komandamız toplanış çərçivəsində iyunun 21-də yerli “Olimpiya” (Lyublyana), 29-da isə Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button