“Nizami Gəncəvinin qəzəlləri və kəlamları” kitabının təqdimatı keçirilib

Noy24,2021

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə fransız dilində nəşr olunan “Nizami Gəncəvinin qəzəlləri və kəlamları” adlı kitabın təqdimatı olub.

QİA.AZ” xəbər verir ki, təqdimat “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsində baş tutub.

Bildirilib ki, kitabın çapı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən maliyyələşdirilib və Fransada fransız dilində çap olunub.

Təqdimatdan sonra beynəlxalq forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda ilk panel müzakirələrinə başlanılıb.

Oxşar Xəbərlər