Oğuzda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var 

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Qarabulaq-Böyük Söyüdlü avtomobil yolunda qeydə alınıb.

Qarabulaq kənd sakini, 1996-cı il təvəllüdlü Qadir Şirin oğlu Babayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZ-53” markalı yük avtomobili toqquşub. Nəticədə 25 yaşlı Q.Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər