Sosial

Ombudsman Aparatının əməkdaşları Avropa Şurasının onlayn təlimində iştirak ediblər

Movavi

Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II (PGGII) proqramı çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi üzrə onlayn platformada təlim keçirilib.

Bu barədə “QİA.az”a Aparatdan məlumat verilib.

Layihənin həyata keçirilməsində məqsəd qadınlara qarşı zorakılıq, məişət zorakılığı və gender bərabərliyi standartlarına, habelə İstanbul Konvensiyasına dair məlumatlılığın artırılmasıdır.

Ombudsman Aparatının əməkdaşları ilə yanaşı, Ədliyyə Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi təlimdə iştirakçılar müvafiq sahələr üzrə  öz təcrübələrini paylaşıb, metodologiyanın təkmilləşdirilməsində iştirak ediblər.

Tədbir təqdimatlardan sonra yekun çıxışlarla başa çatıb. 

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button