Cəmiyyət

Onlayn İctimai Nəzarət Platformasının təqdimatı keçirilib

Movavi

Bu gün Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) təqdimatı keçirilib.

“QİA.az” xəbər verir ki, bu platformanın məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır. Boru sızması, məişət tullantılarının daşınmaması, yol örtüyünün dağılması, aşmış ağaclar, açıq lyuklar və sair problemlərlə rastlaşdıqda vətəndaşlar WhatsUp (055 4502013) və ya sayt vasitəsi ilə (www.enezaret.az) Enəzarət komandasına məlumatı çatdıracaq, platformanın vəkilləri isə problemlərin həlli istiqamətində müvafiq addımlar atacaq.

Mətbuat konfransında çıxış edən Açıq Hökümət platformasının koordinatoru Əliməmməd Nuriyev ölkəmizdə ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində qanunvericilik, ölkə rəhbərliyinin siyasi dəstəyi və son illərdə həyata keçirilən fəaliyyətlər haqqında məlumat verdi. Əliməmməd Nuriyev Onlayn İctimai Nəzarət Platformasının vətəndaşlar üçün bir çox imkanlar yaratdığını qeyd edib.

Tədbirdə salamlama sözü ilə çıxış edən USAID-in ölkə üzrə missiya direktoru Caydev Sinqh təmsil etdiyi qurumun Azərbaycan hökumətinə və xalqına dost münasibətini vurğulamış, Azərbaycanda həyata keçirilən islahatlara USAID tərəfindən daimə dəstək verdildiyini qeyd edib. Caydev oxşar platformanın ABŞ-da uğur qazandığını və eyni uğuru Azərbaycanda da görmək istədiyini bildirib.

Layihənin icraçısı olan “MG Consulting” şirkətinin rəhbəri Məhəmməd Quluzadə ECSOFT layihəsi, Onlayn İctimai Nəzarət Platforması və platformanın iş mexanizmi barədə ətraflı məlumat verib.

Onlayn İctimai Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıqda həyata keçirilən pilot layihədir.

Tədbirin sonunda ECSOFT layihəsi çərçivəsində keçirilmiş “Korrupsiya ilə mübarizə” mövzusunda poster və video çarx ideyası müsabiqəsi üzrə qaliblərə mükafatlar təqdim edilib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button