İqtisadiyyatManşet

OPEC-in qərarı neftin ucuzlaşması riskini yüksəldir

728x90

“OPEC+”un neft hasilatını artırmaq qərarı xammalın qiymətinin azalması riskini yüksəldir.

Bu barədə Böyük Britaniyanın “Capital Economics” konsaltinq şirkətinin hesabatında deyilir.

Qeyd edək ki, OPEC+ ölkələrinin 23-cü nazirlər iclasında neft hasilatının yanvar ayından etibarən 400 min barel/sutka artırmaq barədə qərar qəbul edilib.

“Bu xəbər koronavirusun “omikron” ştammının xammala tələblə bağlı qeyri-müəyyənliyi artırması fonunda neft qiymətlərinə onsuz da yüksək olan təzyiqi daha da gücləndirir. Biz hesab edirik ki, ABŞ-ın neft ehtiyatlarını satışa çıxarması barədə qərarı “OPEC+”un hasilatı artırmaqla bağlı planlarını işə salmaqda əsas səbəblərdən biri oldu. OPEC+ iri neft istehlakçıları tərəfindən növbəti addımları tətikləmək istəmədiyi üçün bu addımı ata bilər. Amma etiraf etmək lazımdır ki, yeni ştamm barədə xəbərlərin yayılmasından sonra qiymətlərin kəskin azalmasını nəzərə alsaq, “OPEC+”un bu qərarı bir qədər gözlənilməzdir”, – hesabatda qeyd olunur.

728x90

Əlaqəli xəbər

Back to top button