İqtisadiyyat

OPEC+ monitorinq komitəsinin iclasının vaxtı dəyişdirildi

Movavi

OPEC+ Nazirlərin monitorinq komitəsinin növbəti iclası 1 iyulda keçiriləcək.

QİA.AZ xəbər verir ki, bu barədə “TASS”a iki mənbə məlumat verib.

Qeyd olunub ki, toplantı ilkin olaraq planlaşdırıldığından bir gün sonra baş tutacaq.

Belə ki, bəzi nazirlərin məsləhətləşmə aparmaq üçün əlavə vaxta ehtiyacı var.

Bu o deməkdir ki, 1 iyulda OPEC + nazirləri bir-birinin ardınca üç görüş keçirəcəklər. Və ilk dəfə iclasın keçirilmə ardıcıllığı pozulacaq.

Yeni cədvələ görə, OPEC nazirlərinin görüşü Bakı vaxtı ilə 15:00-da, ondan sonra isə 17:30-da monitorinq komitəsinin iclası keçiriləcəkdir. Nəhayət, OPEC + ölkələrinin nazirlər toplantısı 19:00-a baş tutacaq.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button