Gündəm

Ötən həftə 185 hektar ərazi minadan təmizlənib – ANAMA

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan QİA.AZ-a verilən məlumata görə, sentyabrın 20-dən 25-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 72 piyada əleyhinə, 6 tank əleyhinə mina və 121 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

185 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, ötən ay 634 hektar ərazi mina və PHS-lardan təmizlənmişdi.

Əlaqəli xəbər

Back to top button