Cəmiyyət

Polis əməkdaşları tərəfindən “Uşaqları qoruyaq” adlı maarifləndirici tədbir keçirilib- FOTO

Laçın Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin dəstəyi ilə təhsildə, idmanda, ictimai həyatda fərqlənən tələbə və məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliği işinə cəlb edilməsi məqsədilə Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbində “Uşaqları qoruyaq” adlı maarifləndirici tədbir keçirilib.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, yol polisi əməkdaşlarının iştirak etdiyi tədbirdə, xüsusi karantin qaydaları, sosial məsafə gözlənilməklə şagirdlər yol hərəkəti qaydaları ilə yaxından tanış edilib və bədbəxt hadisə yarada biləcək təhlükələr barədə məlumatlandırılıb.

Əlaqəli xəbər

Back to top button