GündəmManşetSiyasət

Prezident İlham Əliyev: “Hər zaman şəhid ailələrinin üzvləri və müharibə əlillərinin yanında olacağam”

Azərbaycan dövləti və mən Prezident kimi hər zaman sizin yanınızda olacağam.”

“QİA.AZ”ın məlumatına görə, bunu Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bir daha demək istəyirəm ki, bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı.

Mən sizə öz hörmətimi bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan dövləti və mən, Prezident kimi hər zaman sizin yanınızda olacağam”.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Əlaqəli xəbər

Back to top button