Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Lahıcda sakinlərlə söhbət ediblər

Noy1,2021

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.

QİA.AZ xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım qəsəbəni gəzib, sakinlərlə söhbət ediblər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Birinci xanım Mehriban Əliyeva: Salam, Xoş gördük.

Qadın sakin: Salam, xoş gəlmisiniz, həmişə Siz gələsiniz. Lahıc camaatı adından, öz adımızdan Sizə təşəkkür edirik, “xoş gəlmisiniz” deyirik.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Gözəl Qarabağımızı bizə qaytardığınız üçün çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Bu da Sizin hədiyyəniz.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, çox sağ olun, Xarıbülbülümüz.

Qadın sakin: Allah razı olsun, Allah canınızı sağ eləsin.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salaməleyküm.

Birinci xanım Mehriban Əliyeva: Salam, xoş gördük.

Prezident İlham Əliyev: Çox sağ olun. Necəsiniz?

Kişi sakin: Sizə böyük müvəffəqiyyətlər arzu edirəm. Siz 44 günlük müharibədə bizim başımızı uca etdiniz. Allah Sizdən razı olsun. Bütün xalqların arasında bizi bu uca mərtəbəyə qaldırdınız. Əsgərlərimiz böyük şücaət göstərdi, şəhidlərimiz oldu. Sizin informasiya sahəsində əldə etdiyiniz qələbə böyük Qələbəmizin yarısı qədərdir. Sizə, Mehriban xanıma böyük müvəffəqiyyətlər, cansağlığı arzu edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Elə keçən il bu günlərdə döyüşlər gedirdi.

Kişi sakin: Bəli, düşmən, müxbirlər məəttəl qalırdı. Cənab Heydər Əliyevin akademiyasını qurtarmısınız.

Prezident İlham Əliyev: Çox sağ olun, sizin kənddə işlər necədir, Yaxşıdır?

Kişi sakin: Yaxşıdır.

Prezident İlham Əliyev: Salaməleyküm.

Kişi sakin: Cənab Prezident, xoş gəlmisiniz, həmişə Siz gələsiniz.

Prezident İlham Əliyev: Sağ olun, sizdə nə satılır?

Kişi sakin: Bu, Lahıc kəklikotudur. Bu, 33 otun qarışığından ibarətdir. Bu isə limon dadı verən kəklikotudur. Bu, çobanyastığıdır, bu, gülxətmidir, öskürəyin dərmanıdır. O da Lahıc əvəliyidir.

Prezident İlham Əliyev: Hamısını bu dağlardan yığıbsınız?

Kişi sakin: Bəli, cənab Prezident.

Prezident İlham Əliyev: Salaməleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz. Mehriban xanım xoş gəlmisiniz. Necəsiniz?

Prezident İlham Əliyev: Sağ olun, siz necəsiniz?

Qadın sakin: Sizin sayənizdə biz çox yaxşı yaşayırıq. Çox sevinirik ki, Siz torpaqlarımızı almışınız. Yuxarıda Allah, aşağıda Siz. Biz Sizi çox istəyirik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Qadın sakin: Hədiyyəmizi qəbul edin Basqal kəlağayısıdır.

Birinci xanım Mehriban Əliyeva: Sağ olun, çox sağ olun.

Prezident İlham Əliyev: Bilirsiniz, Basqalda da işlər gedir.

Qadın sakin: Bəli, təzə yol açılır biz tərəfdə. Biz Sizinlə fəxr edirik.

Prezident İlham Əliyev: Sağ olun. Basqal da Lahıc kimi olacaq, turistlə dolu.

Qadın sakin: İnşallah. Allah Sizdən razı olsun, Allah Sizi qorusun. Artıq turistlərimiz bol olur.

Prezident İlham Əliyev: Şamaxı yolundan da gələn çoxdur.

Qadın sakin: Bəli, təzə yoldur.

Birinci xanım Mehriban Əliyeva: Turistlər gəlirlər?

Qadın sakin: Turistlər çoxdur, şənbə-bazar günləri çox olur, amma ara günləri o qədər də yox.

Digər qadın sakin: Qarabağı azad etməyiniz bizi çox sevindirdi.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Sağ olun, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Kişi sakin: Xoş gəlmisiniz hörmətli Prezidentimiz və Mehriban xanım. Sizi, bütün Azərbaycan xalqını Qələbəmizin qarşıdan gələn ildönümü münasibətilə təbrik edirik. Sizə Lahıca göstərdiyiniz böyük diqqətə görə sonsuz minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Sağ olun. Bilirsiniz, Lahıcda dəfələrlə olmuşuq, bu gün də gəlmişik məscidin yenidən açılışına.

Kişi sakin: Allah köməyiniz olsun, Allah amanında olun həmişə.

Prezident İlham Əliyev: Çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Digər kişi sakin: Cənab Prezident, xoş gəlmisiniz, Lahıc camaatı Sizinlə fəxr edir.

Prezident İlham Əliyev: Çox sağ olun.

Digər kişi sakin: Allah Sizdən razı olsun.

Oxşar Xəbərlər