Siyasət

Prezidentin Sərəncamı icra olunur: 6 143 ailəyə ilkin mərhələdə yardım edilir

Dekabrın 17-də Azərbaycan Respubliksanının Prezidentinin 14 dekabr 2020-ci il traixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamının icrası məqsədilə Nazirlər Kabinetinin Sərəncamı dərc edilib.

Nazirlər Kabinetindən QİA.AZ-a verilən məlumata görə, Sərəncama əsasən, işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Vəsaitlər işçi qrupları tərəfindən hesablanmış və təqdim olunmuş siyahılar əsasında aşağıdakı qaydada bölüşdürülür:

  • Gəncə Şəhər İcra Hakimiyyəti: 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manat;
  • Mingəçevir Şəhər İcra Hakimiyyəti: 67 000 (altmış yeddi min) manat;
  • Ağdam Rayon İcra Hakimiyyəti: 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manat;
  • Ağcabədi Rayon İcra Hakimiyyəti: 586 000 (beş yüz səksən altı min) manat;
  • Bərdə Rayon İcra Hakimiyyəti: 233 000 (iki yüz otuz üç min) manat;
  • Beyləqan Rayon İcra Hakimiyyəti: 124 000 (bir yüz iyirmi dörd min) manat;
  • Cəbrayıl Rayon İcra Hakimiyyəti: 41 000 (qırx bir min) manat;
  • Naftalan Rayon İcra Hakimiyyəti: 4 000 (dörd min) manat;
  • Tərtər Rayon İcra Hakimiyyəti: 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manat;
  • Füzuli Rayon İcra Hakimiyyəti: 494 500 (dörd yüz doxsan dörd min beş yüz) manat;
  • Goranboy Rayon İcra Hakimiyyəti: 421 500 (dörd yüz iyirmi bir min beş yüz) manat.

Vəsaitlər İcra hakimiyyətlərinin müvafiq xəzinə hesabına ödəniləcək.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları 10 (on) gün müddətində yaşayış evlərinin sahiblərinin və ya onların qanuni nümayəndələrinin bank hesablarına (o cümlədən kart hesablarına) ödənilməsini təmin edərək, nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edəcəklər.

İlkin mərhələdəki yardımlar nəqliyyat vasitələrinə görə ödənişləri nəzərədə tutmur.

İşçi Qruplarının fəaliyyəti nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəydiyi müəyyən edilib. Onlardan 300 fərdi yaşayış evi, 75 yardımçı tikili və 10 çoxmənzilli bina tamamilə dağılıb.

222 nəqliyyat vasitəsinə ziyan vurulub, onlardan 21-i tam yararsız vəziyyətdədir.

989 baş mal-qara tələf olub.

Prezidentin müvafiq Sərəncamının (14 dekabr 2020-ci il) icrası nəticəsində ilkin mərhələdə evləri dağılmış və qəzalı vəziyyətə düşmüş 258 ailəyə 3.151. 500 manat (hər ailəyə 6 000 manat və hər ailə üzvünə 1500 manat), evlərinə ziyan dəymiş 5 885 ailəyə isə 5 milyon 885 min manat (hər ailəyə 1000 manat) yardım edilməsi nəzərdə tutulur.

Bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin olunacaqlar.

Bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa ediləcək.

Əlaqəli xəbər

Back to top button