Gündəm

Qanda şəkərin səviyyəsini azaldan qida məhsulu açıqlanıb

İngilis həkimləri diabet xəstələrinə qanda şəkərin səviyyəsini azaltmağa kömək edən məhsulu açıqlayıblar.

QİA.AZ xəbər verir ki, son tədqiqatların nəticəsinə görə, sarımsağın tərkibindəki ajoen maddəsi qanda şəkərinin səviyyəsini 25% azaltmağa kömək edir. Belə ki, gündə iki-üç diş sarımsaq yemək “pis” xolesterin adlandırılan (aşağı sıxlıqlı lipoproteinlər) xolesterini aşağı sala bilər və infarkt və ya insult riskini 25% azalda bilər.

Bildirilir ki, sarımsaq yağı orqanizmə qlükozanı mənimsəməyə kömək edir və böyrəklər vasitəsiylə zülal itkini azaldır.

Əlaqəli xəbər

Back to top button