“Qarabağ” Konfrans Liqasında növbəti qələbəsini qazanıb

Okt21,2021

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” klubu Qazaxıstanın “Kayrat” klubunu qəbul edib.

QİA.AZ-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın heyətində qolları Ramil Şeydayev (79-cu dəqiqə) və Abbas Hüseynov (90+1-ci dəqiqə) vurublar, qonaqların yeganə qolunu isə oyunun 19-cu dəqiqəsində penalti zərbəsindən Kante vurub.

Oxşar Xəbərlər