Region

Qarabağdakı məğlubiyyətə görə Ermənistanda 1 000 cinayət işi açılıb

“Hazırda Ermənistanda Qarabağ müharibəsinə aidiyyəti olan 1 000-dən çox cinayət işi açılıb”.

QİA.AZ “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin fevralın 10-da keçirilən iclasında bildirib.

İşıqlı Ermənistan Partiyasının və eyniadlı parlament fraksiyasının sədri, deputat Edmon Marukyan Qarabağdakı döyüşlərdə Ermənistanın itkisi və başqa uğursuzluqlarının araşdırılması, müharibədəki şəraitlə bağlı faktların toplanması üzrə işçi qrupun yaradılması ilə əlaqədar baş nazirə təkliflər edib.

Ermənistanın baş naziri cavabında bildirib: “Məsələ ilə bağlı komissiya yaradılıb. Orada siyasi qüvvələrin 70 faizi təmsil olunur. Ötən dəfə biz sizi bu məsələ ilə bağlı müzakirəyə dəvət etdik. Ancaq siz dəvəti qəbul etmədiniz. İddia edirsiniz ki, cinayət işlərində ziddiyyət var. Hazırda müharibə ilə bağlı (İkinci Qarabağ müharibəsini nəzərdə tutur – “Report”) mindən artıq cinayət işi üzrə istintaq davam etdirilir”.

Əlaqəli xəbər

Back to top button