Region

Qarabağdan Ermənistana gedənlərə qarşı dələduzluq edən tutulub

Ermənistan Polisi Azərbaycanın Qarabağ bölgəsindən gedən ermənilərə qarşı dələduzluq edənləri tutub.

“QİA.AZ” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Polisinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, özlərinin Ermənistan Polisinin 6-cı bölməsinin əməkdaşları və baş nazir müavininin köməkçiləri kimi tədim edənlər Dağlıq Qarabağdan Yerevana gedənlərdən dələduzluq yolu ilə pul alıblar.

Onlar həmin insanlara yaşayış yeri ilə təmin edəcəklərini vəd edərək pul alıb, buna dair saxta arayış veriblər. Dələduzlar onların birindən 6 milyon dram (12 min ABŞ dolları) tələb edib, 3,8 milyon dram (təxminən 6,5 min ABŞ dolları) alıblar. Başqa birindən 3 milyon dram, üçüncü şəxsdən 4,5 milyon (9 min ABŞ dollar) dram, daha bir nəfərdən isə 1000 dollar istəyiblər.

Vurğulanıb ki, həmin şəxslər deyilən məbləği verməyiblər. Dələduzluq etməkdə şübhəli bilinənlərdən biri saxlanılıb. Ona qarşı cinayət işi başlanılıb.

Əlaqəli xəbər

Back to top button