Energetika

Qaradağ-Tbilisi qaz kəmərində təmir işləri aparılacaq

Movavi

“Gürcüstanın qaz nəqletmə şirkəti” MMC bu il iyulun 1-də Qaradağ-Tbilisi magistral qaz kəmərində təmir-bərpa işləri aparacaq.

“QİA.az” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, kəmərin 484,0 – 506,8 kilometrlik hissəsində həyata keçiriləcək işlər səbəbindən həmin gün saat 06:00-dan 16:00-dək “Nasa+” MMC, “SOCAR Georgia Gas” MMC və “TAV Urban Georgia” MMC-nin (Tbilisi hava limanı) təbii qazla təminatında məhdudiyyətlər tətbiq olunacaq.

“Gürcüstanın qaz nəqletmə şirkəti” istehlakçıların təbii qazla təhlükəsiz, etibarlı və fasiləsiz təminatı üçün qaz kəmərləri və paylayıcı stansiyalarda təmir-bərpa işlərini sistematik olaraq aparır.

1959-60-cı illərdə çəkilmiş 700 mm diametrli Qaradağ-Ağstafa-Tbilisi qaz kəmərinin uzunluğu 511 km-dən çoxdur. Kəmərdə ötən ilin noyabrında aparılmış son təmir-bərpa işləri zamanı korroziyaya uğramış 75 metrlik hissə yenisi ilə əvəzlənib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button