Cəmiyyət

Qida təhlükəsizliyi üçün aqrobağların salınması vacibdir – Firudin Tağıyev

Movavi

Meşə torpaqlarının boş qalıb erroziyaya məruz qalmasını gözləməkdənsə, orada ekoloji cəhətdən təmiz məhsul yetişdirmək üçün masir tipli aqrobağların salınması daha məqsədəuyğundur.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib. Onun sözlərinə görə, ölkəmiz məhdud torpaq və su resurslarına malikdir. Belə olduğu təqdirdə, Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyinə məsul bir qurum olaraq bu resurslardan səmərəli istifadənin tərəfdarıdır:

“Bu səbəbdən də aqrobağların salınmasını dəstəkləyirik. Təbii ki, meşə torpaqlarında meşəsizləşmiş ərazilərdən gedir. Həmin ərazilərdə həm meşəbərpa, həm də ekoloji cəhətdən sağlam məhsullar yetişdirilməsi üçün ETSN-lə əməkdaşlıq edirik. Düşünürəm ki, dayanıqlı inkişaf üçün vacib amildir. Lakin ağacların qırılması faktını biz də nazirlik olaraq qınayırıq”.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button