Dünya

Qırğızıstanın keçmiş baş naziri korrupsiyada şübhəli bilinərək tutulub

Movavi

Qırğız Respublikasının keçmiş baş naziri Omurbek Babanov korrupsiyada şübhəli bilinərək tutulub.

“QİA.az” “Khabar” agentliyinə istinadən xəbər verir ki, məlumatı Respublikanın Dövlət Təhlükəsizlik Komitəsinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, keçmiş baş nazir Kumtor qızıl mədəni layihəsinin reallaşmasında müxtəlif mərhələlərdə korrupsiyada iştirak etməkdə şübhəli bilinir. Mayın 17-də komitə “Kumtor gold company”ya qarşı 4 cinayət işi açıb. Kumtor qızıl yatağı 1978-ci ildə kəşf edilib.

Qeyd edək ki, Qırğız Respublikasının 17-ci baş naziri Omurbek Babanov 1970-ci il mayın 20-də anadan olub. 2010-cu il dekabrın 17-dən 2011-ci il dekabrın 23-dək baş nazirin müavini, 2011-ci il dekabrın 23-dən 2012-ci il sentyabrın 1-dək baş nazir işləyib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button