Din

QMİ sədri: “Erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib.

QMİ-nin Mətbuat Xidmətindən “QİA.AZ“a verilən məlumata görə, A.Paşazadə Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.

Şeyxülislam Azərbaycanda dinlər, konfessiyalar arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb. O, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsi dövründə, qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla Almaniya arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunubildirib.

Şeyxülislam rəhbərlik etdiyi QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Mərkəz xəttilə bugünədək həyata keçirdikləri təşəbbüs və tədbirlər barədə, Avropa ölkələrində, o cümlədən, 2019-cu ildə Almaniyada baş tutmuş beynəlxalq konfrans barədə alman səfirə ətraflı məlumat verdi və gələcəkdə da Almaniya ilə də dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyət üçün səy göstərəcəklərini deyib.

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button