“Region Gəncləri üçün Yay Məktəbi” başa çatıb

İyl11,2023

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatı və BİLİK – Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Region Gənclər üçün Yay Məktəbi” başa çatıb.

“Yay Məktəbi”nin proqramına əsasən, 6 iyul tarixində “Davam” Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfillinin moderatorluğunda “Oxu.az” xəbər saytının köşə yazarı Kubra Məhərrəmova və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilinin iştirakı ilə “Sosial media, yeni trendlər və informasiya müharibəsi” mövzusunda panel müzakirəsi, psixoloq Fidan Ağayevanın təqdimatında “Düşüncəmizdəki səhvlər” mövzusunda təlim və Mərdəkan Mədəniyyət Sarayının direktoru Cavid Şahbazbəyovun təqdimatında “Rəqəmsal mədəniyyətin sərhədsiz imkanları” mövzusunda görüş baş tutub.

Günün sonunda “Social night” baş tutub və proqram çərçivəsində yaradıcılıq istiqamətində komanda işləri nümayiş olunub.

Ümumilikdə, layihə çərçivəsində müxtəlif mövzularda qeyri-formal təhsil metodikası ilə 3 təlim, 3 görüş, 2 panel müzakirəsi, 1 qiraət gecəsi, 6 mədəni-kütləvi tədbir, 4 gəzinti, 1 film saatı, 6 idman və 1 intellektual yarış baş tutub.

Oxşar Xəbərlər