İqtisadiyyat

Rusiya şirkətlərinə Ələt Azad İqtisadi Zonasında təqdim edilən güzəştlər barədə məlumat verilib

Movavi

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının, Rusiya Federasiyasının Krasnodar vilayəti Administrasiyasının dəstəyi ilə Krasnodar və Azərbaycan müəssisələri arasında onlayn formatda işgüzar görüş keçirilib.

İqtisadiyyat Nazirliyindən QİA.AZ-a verilən məlumata əsasən, tədbirdə AZPROMO, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi, Rusiya İxrac Mərkəzi, Krasnodar vilayətinin Sənaye siyasəti departamenti və digər təşkilatların nümayəndələrinin ixracın genişləndirilməsi və ticarətin inkişafı istiqamətində dəstək tədbirləri barədə çıxışları dinlənilib.

Sonra Krasnodar və Azərbaycan şirkətlərinin nümayəndələri fəaliyyət istiqamətləri barədə təqdimat ediblər.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, “Ələt Azad İqtisadi Zonası” layihəsi və investorlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilib.

Tədbir kənd təsərrüfatı, qida məhsulları, qablaşdırma sənayesi və ixtisaslaşdırılmış avadanlıq istehsalı sahələrində fəaliyyət göstərən sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button