Region

Rusiyada COVID-19-a 38 mindən çox yeni yoluxma halı qeydə alınıb

Rusiyada son sutkada koronavirusa təsdiq olunmuş yoluxma sayı daha 38 420 nəfər artaraq, 9 109 094 nəfərə yüksəlib.

Bu barədə “QİA.AZ” TASS-a istinadən xəbər verir.

Bununla yanaşı, ölkədə gün ərzində COVID-19-a yoluxmuş 1 211 nəfər ölüb, bununla da Rusiyada bu səbəbdən ölənlərin ümumi sayı 256 597 nəfərə çatıb.

Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 27 972 nəfər sağalıb və bu baxımdan ümumi say 7 812 557 nəfərə çatıb.

Əlaqəli xəbər

Back to top button