Dünya

Rusiyada fabrikdə yanğın olub, 1 nəfər ölüb

Movavi

Rusiyanın Kemerovo vilayətinin Berezovsk şəhərində daş-kömür emalı fabrikində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 39 nəfər təxliyə edilib.

“QİA.az” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsinin mətbuat xidməti yayıb.

Qeyd olunub ki, hazırda hadisənin səbəbi araşdırılır.

Məlumata görə, “Berezovsk” mərkəzi emal fabriki sənaye-metallurgiya holdinqinə daxildir. Müəssisə ildə 4 milyon ton daş kömür emal edir. Onun ən iri istehlakçısı Kemerovonun “Koks” zavodudur.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button