Region

Rusiyada təyyarə qəzasında ölənlərdən ikisi şirkət direktoru və müavinidir

Rusiyanın İrkutsk vilayətində “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində “Zapolyar” aviasiya nəqliyyat şirkətinin baş direktoru Yuri Volodin və birinci müavini Oleq Vişnev də ölüb.

QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bildirib.

Qeyd edək ki, noyabrın 3-də Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 9 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.

Məlumata görə, 7 nəfərin meyiti aşkar edilib.

Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.

Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button