XARİCİ SİYASƏTGündəm

Səfir: “Tezliklə Pakistanla Azərbaycan arasında birbaşa uçuşlar olacaq”

Movavi

“Tezliklə Pakistanla Azərbaycan arasında birbaşa uçuşlara başlanılması gözlənilir”.

QİA.AZ xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında jurnalistlərə deyib.

Onun sözlərinə görə, Pakistan azərbaycanlı turistlərin ölkəni ziyarət etməsini, eləcə də pakistanlı turistlərin Azərbaycana daha çox gəlməsini arzulayır.

“Birbaşa uçuşların açılması təkcə turizmin deyil, həm də işgüzar əməkdaşlığın inkişafına töhfə verəcək”, – səfir əlavə edib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button