HərbiManşet

Şəhid əsgər Murad Xəlilov dəfn olunub – FOTO

Düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Xəlilov Murad Qalib oğlunun nəşi Şəmkir rayonuna gətirilib.

Şəmkirin Çinarlı qəsəbəsində şəhidimizlə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidimiz Çinarlı qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhər sakinləri və şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Əlaqəli xəbər

Back to top button