İdmanManşet

Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirin qalibi olub 

Movavi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi olub.

“QİA.az”ın məlumatına görə, 36 yaşlı qrossmeyster son turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla 39-cu gedişdə heç-heçə edib. Bununla da xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla “sülh”ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button