Hadisə

Şəkidə 26 yaşlı gənc yol qəzasında ağır yaralandı

Movavi

Şəki şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.AZ”ın məlumatına görə, hadisə şəhər mərkəzində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Həmidov İlqar İlham oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğu üçün yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

O, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button