Hadisə

Şəmkirdə 26 yaşlı gənc yol qəzasında ölüb

Movavi

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə QİA.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonun Könüllü kəndi ərazisində “VAZ” markalı minik avtomobili və “Mercedes” markalı yanacaqdaşıyan avtomobillə toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1994-cü il təvəllüdlü Həsənov Murad Arif oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button