Dünya

Səudiyyə Ərəbistanı 5-11 yaşlı uşaqlar üçün Pfizer peyvəndinin istifadəsinə icazə verib

Səudiyyə Ərəbistanı 5-11 yaş arası uşaqlar üçün koronavirusa qarşı Pfizer/BioNTech peyvəndin istifadəsinə icazə verib.

QİA.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərzaq və Dərman Administrasiyasının saytında dərc olunan bəyanatında deyilir.

Bildirilir ki, 5-11 yaş qrupunda uşaqların peyvənd olunmasına icazə verilməsi qərarı istehsalçı tərəfindən təqdim edilən məlumatlara əsaslanır. Vaksin effektivliyini və təhlükəsizliyini qiymətləndirmək üçün klinik sınaqlar və praktiki nəticələr daxil olmaqla xüsusi normativ tələblərə cavab verir.

Səudiyyə Ərəbistanında peyvəndləmə ötən ilin dekabrında başlanılıb. Eyni zamanda həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar peyvənd oluna bilər.

Əlaqəli xəbər

Back to top button